Rusiyanın paytaxtı Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə “Chess Stars” turniri davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə Sergey Karyakin, Aleksandr Qrişuk, Sənan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) çıxış edirlər.
Ötən gün rapid yarışında son üç turun görüşləri keçirilib. Qarşılaşmalarının hamısında heç-heçə edən Rəcəbov mərhələni 4 xalla yeddinci sırada başa vurub.
Bir günlük istirahətdən sonra turnirdə blits oyunları başlayacaq.
7-ci tur. Katerina Laqno - Teymur Rəcəbov 0,5:0,5
8-ci tur. Aleksandr Qrişuk - Teymur Rəcəbov 0,5:0,5
9-cu tur. Teymur Rəcəbov - Aleksandra Qoryaçkina 0,5:0,5
Turnir cədvəli: Sadvani - 6,5 xal, Karyakin, Artemyev- hərəyə 6, 7. Rəcəbov - 4.