Rusiyanın paytaxtı Moskvada azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun iştirakı ilə keçirilən “Chess Stars” turniri bir günlük fasilədən sonra davam edəcək.
Fanat.Az xəbər verir ki, yarışda Sergey Karyakin, Aleksandr Qrişuk, Sanan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Katerina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) çıxış edirlər.
Rapid mərhələsinin yekununa görə, Rəcəbov yeddinci yeri tutub. Bu gün doqquz blits turu oynanılacaq.
1-ci tur. Karyakin - Rəcəbov
2-ci tur. Rəcəbov - Valyexo
3-cü tur. Sadvani - Rəcəbov
4-cü tur. Rəcəbov - Artemyev
5-ci tur. Assaubayeva - Rəcəbov
6-cı tur. Rəcəbov - Syugirov
7-ci tur. Laqno - Rəcəbov
8-ci tur. Qrişuk - Rəcəbov
9-cu tur. Rəcəbov - Qoryaçkina
Turnir cədvəli: Sadvani - 6,5 xal, Karyakin, Artemyev - 6, 7. Rəcəbov - 4.