21:03 28.01.2023 194

“Əsas hədəfim dünya kuboku ilə bağlıdır” - Vasif Durarbəyli

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Çempionluq münasibəti ilə təbrik edirik. Vasifin uğurlu çıxışının sirri nədir?
- Ötən ilin sonunda Bakıda iki turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığmasına seçmə turnirdə yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı. Uğursuz turnirlərdən sonra bir qədər əsəbləşmişdim. Uğursuzluq varsa, deməli dəyişiklik lazımdır. Bundan sonra iki aya yaxın qrossmeyster, dostum Burak Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə mərhələsində böyük fərqlə birinci oldum. Tay-brek qısa oyunlardı. Burada hər şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

- Finalda ilk partiyada Vüqar Əsədli qələbə qazandı. Sonradan cavab görüşünə hazırlaşmaq çətin olmadı?
- İlk klassik partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı ikinci yerdə başa vurum. Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım.

- Çempionatın ilk mərhələsində hansı partiya daha çətin alındı?
- Həmkarlarıma qarşı hörmətsizlik olmasın. Yeganə çətinlik kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma təzyiq yaratmadı.

- Ölkə çempionatında ilk çempionluğunuz 2021-ci ildə olub. İndi ikinci dəfə qızıl medal qazandınız. Hansı çempionluq daha çətin başa gəlib?
- Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində birinci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn turnir cədvəlində xal fərqi ilə birinci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın. İkinci-üçüncü yerin sahibi isə öz aralarında oynamaqla ikinci finalçını müəyyənləşdirsin. Bu halda birinci yerin sahibi üstünlük qazanır.

- Finaldakı rəqib - Vüqar Əsədlinin oyununu necə qiymətləndirirsən?
- Vüqar Əsədlinin oyunlarını yaxından izləyirəm. Məncə son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin oldu. Hər iki partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə məncə zəif oynadı.

- Gənclərin çıxışı barədə nə deyə bilərsən?
- Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son üç ildə ölkə çempionatında oynayıram və fərqi hiss etmədim.

- 2022 və 2023-cü illərdəki çempionatı necə fərqləndirərdin?
- Təvəzökarlıqdan uzaq olsa da, məncə, bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan Vüqar Əsədli idi, ona finalda qalib gəldim.

- Bu il əsas hədəfin nə olacaq?
- Planlarım tam dəqiqləşməyib. Amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq. Bu yarış həmişə vacibdir. Amma Bakıda keçirilməsi turnirin əhəmiyyətini artırır. Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X