Martın 3-13-də Serbiyanın Vrnyaçka Banya şəhərində keçiriləcək Avropa çempionatı üçün 10 azərbaycanlı şahmatçı qeydiyyatdan keçib.
Fanat.Az xəbər verir ki, yarışda Vüqar Əsədli, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Riad Səmədov, Vüqar Manafov və Şahin Vəliyev çıxış etməyi planlaşdırır.
Qeyd edək ki, bu günə kimi AÇ-də ümumilikdə 426 şahmatçı qeydiyyatdan keçib.
Sahib