Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
Fanat.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
2747 xala malik Teymur Rəcəbov 11-ci pillədə qalıbsa, Şəhriyar Məmmədyarov bir sıra geriləyərək 2740 xalla 15-cidir.
Qədir Hüseynov (2661) 84-cü sıradakı yerini qoruyub.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gövhər Beydullayeva 2387 xalla 58-ci sıradadır. Xanım Balacayeva (2379) 67-ci, Gülnar Məmmədova isə (2376) 69-cu pillədə qərarlaşıb. Sıralamaya əvvəlki kimi çinli Yifan Hou (2638) başçılıq edir.
Sahib