Martın 3-13-də Serbiyada keçiriləcək Avropa çempionatında çıxış etmək istəyən Azərbaycan şahmatçılarının sayı artır.
Fanat.Az xəbər verir ki, yarışda iştirak üçün ilkin olaraq 10 təmsilçimiz - Vüqar Əsədli, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Riad Səmədov, Vüqar Manafov və Şahin Vəliyev müraciət edib.
Daha sonra siyahıya daha doqquz nəfər də qoşulub. Onlar Nicat Abasov, Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli, Orxan Əbdülov, Xəzər Babazadə, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Ülviyyə Fətəliyevadır.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva ötən il qadınlar arasında Avropa çempionatında bürünc medal qazanıb.