Martın 18-29-da Monteneqroda keçiriləcək qadınlar arasında şahmat üzrə Avropa çempionatının təşkilatçıları iştirakçıların qeydiyyatına başlayıb.
Fanat.Az xəbər verir ki, bu günədək 103 nəfər yarışa qatılmaq niyyətini bildirib. Onların arasında azərbaycanlı şahmatçı Mələk İsmayıl da var.
Hazırda reytinqin ilk üç favoriti Marsel Efroimski (İsrail), Monika Soçko (Polşa), Yuliya Osmakdır (Ukrayna).