Beynəlxalq Cüdo Federasiyası (IJF) Parisdə keçirilən "Böyük Dəbilqə" turnirindən sonra yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində turnirin qalibi olan Balabəy Ağayev üç pillə irəliləyərək ilk "3-lüy"ə daxil olub. Onun aktivində 4657 xal var.
Yarışın bürünc medalçısı Zelim Kotsoyevin (100 kq) mövqeyi dəyişməyib. 5096 xalı olan idmançı əvvəlki kimi üçüncüdür.
90 kiloqram çəki dərəcəsində gümüş medala sahib çıxan Murad Fətiyev isə 44 pilləlik irəliləyişə nail olub. O, hazırda 1096 xalla dünya reytinqinin 40-cısıdır.