Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 7 turdan sonra vahid lider yoxdur.
Fanat.Az xəbər verir ki, buna qədər turnir cədvəlinə başçılıq edən Ayan Allahverdiyeva Xanım Balacayevaya uduzub.
Bu nəticədən sonra onların hər ikisinin 4,5 xalı var. Həmçinin Səbinə İbrahimova və Gövhər Beydullayeva eyni göstəriciyə sahibdirlər.