Azərbaycanın qadın cüdoçuları fevralın 25-26-da Varşavada keçiriləcək Avropa Açıq Kubokunda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarışa yollanacaq heyətdə Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Diana Şoranova, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Günel Həsənli (70 kq) və Aytəkin Paşazadə (78 kq) yer alıb.
Qeyd edək ki, turnirdə 45 ölkədən cüdoçular iştirak edəcək.