15:30 21.02.2023 868

"Mərhələ keçən tərəf "Qarabağ" olacaq" - Aftandil Hacıyev

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Belçikada "Gent"in qonağı olacaq. 

Tanınmış mütəxəssis Aftandil Hacıyev Fanat.Az-a açıqlamasında Ağdam klubunun bu görüşdəki şanslarını dəyərləndirib:

"Açığı, ilk oyun məni təəccübləndirdi. Fərqli "Gent" gözləyirdim. Daha aktiv, daha dominant futbol oynayan komanda gözləyirdim. Amma belə oyunlar bəzən aldadır. Artıq təcrübədən görmüşük ki, "Qarabağ" ev oyunlarında bir çox adlı-sanlı komandaları üstələsə də, cavab oyununda baxırsan ki, rəqib daha dominant, daha sürətli oyun nümayiş etdirib. Məsələn, "Nant"ı misal çəkərdim. Səfər görüşü "Qarabağ" üçün ağır keçdi. 

"Gent"lə səfər görüşü haqda indidən nəsə demək çətindir. Ola bilsin ki, Belçikada fərqli "Gent" görək. Ancaq bütün hallarda "Qarabağ"ın son oyunlarda yavaş-yavaş özünə gəldiyini müşahidə edirik. Son 2-3 matçda "Qarabağ"ın oyununda irəliləyiş var. Az oynayan futbolçuların da artıq oyun praktikası qazanmasından sonra heyətin tam formalaşması, rəqabətin daha da artması Qurban Qurbanovun əlini gücləndirəcək.

Kadi, Ovusu, Vadi kimi oyunçuları qısa müddətdə əvəz etmək hər futbolçuya nəsib olmur. Çünki onların komanda üçün gördüyü işləri tez bir zamanda əvəzetmək çox çətindir. Amma "Qarabağ"ın bu qış etdiyi Adama Diakabi də, Yassine Benzia da, Redon Cica da öz çıxışları ilə qısa müddətdə rəğbət qazandılar. Düzdür, hər üçü pik formada deyillər, xüsusilə də uzun müddətdir oynamayan Diakabini qeyd edərdim. Amma hər 3 futbolçunun "Qarabağ"ın üslubuna uyğun oyunçular olduğu görsənir. Bu 3 futbolçunun gələcəkdə gedənlərin yerini layiqincə tutacaqları mümkündür. Hər üçünün texnikalı və sürətləri var, qərarları, düşüncələri yüksək səviyyədədir.

Proqnoza gəlincə, səfər oyununda "Qarabağ"ın üstünlüyü var. Şansları 50-50-yə qiymətləndirmək istəməzdim. 55-45-ə üstün olacağını düşünürəm. Mərhələ keçən tərəfin də elə "Qarabağ" olacağına inanıram".

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

Facebookdan bizi izləməyi unutmayın.
X