U-21 gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək
Fanat.Az xəbər verir ki, 22-24 fevral tarixlərində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.
Yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Birinciliyin fərdi yarışları 22-23 fevralda, komanda yarışları isə 24 fevralda baş tutacaq.
Yarış hər gün saat 10:00-da başlayacaq.