Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxış etdiyi Almaniyanın “Vernhaym” klubu Bundesliqada ikinci pillədəki yerini qoruyub.
Fanat.Az xəbər verir ki, həftəsonu keçirilən Almaniya komanda çempionatının növbəti görüşlərində klub iki qələbə qazanıb. Onlar əvvəlcə "Berlin"i (5,5:2,5), daha sonra isə “Drezden”i (5:3) məğlub edib.
Şəhriyar hər iki görüşdə iştirak etməyib.
Doqquz turdan sonra "Vernhaym" 18 xal toplayıb, əlavə göstəricilərdə lider Baden-Badendən geri qalır.