Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən ilk “10-luğ"a düşüb. 2747 xalı olan 36 yaşlı qrossmeyster 10-cu pillədə qərarlaşıb. Digər qrossmeyster Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdə qalıb.
Digər təmsilçilərimizdən Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci yerdə qərarlaşıb.
Qadınların reytinqinə əvvəlki kimi çinli Xou Yifan (2628) başçılıq edir.