Sabah Serbiyada Azərbaycan şahmatçılarının iştirakı ilə start götürəcək Avropa çempionatında iştirakçıların yekun siyahısı məlum olub.
Fanat.Az xəbər verir ki, yarışda 40 ölkədən 494 şahmatçı qeydiyyatdan keçib. Onlardan 138-i qrossmeysterdir.
Azərbaycanı qitə çempionatında 19 şahmatçı təmsil edəcək. Bunlar Nicat Abasov, Eltac Səfərli, Aydın Süleymanlı, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riad Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.