22:44 02.03.2023 140

ACF daha 36 idman təşkilatına lisenziya verdi

Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesinə davam edir.

Fanat.Az xəbər verir ki, ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 36 idman təşkilatına 5 il müddətinə müvafiq lisenziya verilib.

Həmin idman təşkilatları qaydalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim edib və qaydalarda müəyyən edilən meyarlara uyğun olduqları müəyyən edilib.

Martın 2-də lisenziyaların təqdim edilməsi mərasimində iştirak edən ACF prezidentinin müşaviri Natiq Bağırov lisenziya əldə edən idman təşkilatlarını təbrik edib və bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanın bütün regionlarında cüdonun hərtərəfli inkişafına töhfə verməkdir. Həmçinin o bildirib ki, məşqçilər peşəkar səviyyələrini artırmaq üçün ACF-in keçirdiyi seminarlarda və təlimlərdə fəal iştirak etməlidirlər.

ACF-in idman direktoru Kamran Talıbov ACF-in lisenziyalaşdırma prosesində idman təşkilatlarına göstərdiyi dəstəkdən danışıb.  “ACF klubların inkişafı üçün lazımi dəstək göstərir. Bura lisenziyalaşdırma kriteriyalarında qeyd edilən infrastruktur tələblərinin qarşılanması məqsədilə klubların maddi texniki bazasının gücləndirilməsinə dəstək, kadr tələblərinin qarşılanması məqsədilə məşqçilərin və köməkçilərinin peşəkar inkişaf təlimlərinə cəlb edilməsi və sair məsələlər aiddir. Lisenziya alan idman təşkilatları fəaliyyətlərini qaydalara uyğun qurmalıdırlar. Növbəti mərhələlərdə ACF məşqçilərin və idmançıların lisenziyalaşdırılmasını həyata keçirəcək”. 

Mərasimdə iştirak edən ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə bildirib ki, artıq ölkədə cüdo yeni inkişaf mərhələsinə keçib və  Federasiya bu istiqamətdə mühüm işlər görməkdədir. Həmçinin, o klubları fəaliyyətlərinə daha məsuliyyətli yanaşmağa və peşəkar idmançıların yetişdirilməsinə töhfə verməyə çağırıb. 

Görüş zamanı bildirilib ki, lisenziya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa Federasiya verilmiş lisenziyaların geri çağırılması hüququna malikdir. Daha sonra idman təşkilatlarına müvafiq lisenziyalar təqdim olunub. 

Qeyd edək ki, ACF-in İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi "İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar"a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. İlkin mərhələdə 26 dekabr 2022-ci ildə 21 idman təşkilatına lisenziya verilib. Beləliklə, hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 57-dir.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2024
14:57

"Bilirdik ki, "Zirə" meydanın hər yerində pressinq tətbiq edəcək" - Adama Diakabi

14:39

“Mançester Yunayted” "Barselona" ilə ulduz mübadiləsi edir - Qrinvudun əvəzinə...

14:20

Final seriyasının təqvimi açıqlandı

14:04

Azərbaycan I Liqasında VAR-dan istifadə olunacaq

13:50

MY rəhbərliyi ənənəni bərbad mövsümə görə pozacaq

13:31

"Tottenhem"in ən böyük azarkeşi olacam" - "Arsenal"ın futbolçusu

13:13

Mamardaşvili oynamaq istədiyi klubun adını açıqladı

12:55

Şahruddinin klubu məşhur portuqaliyalını yola saldı

12:38

Bellingem komanda yoldaşını dünyanın ən yaxşısı adlandırdı

12:20

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

12:01

"Bayern Münhen" iki futbolçusunu yola salır - RƏSMİ

11:44

"Neftçi" üçün ilk, tarixdə 7-ci

11:27

"Qarabağ" klub rekordunu yenilədi

11:11

Ançelotti Kurtuaya: "Çox tərlədiyini görmədim" 

10:50

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

10:19

"Old Trafford"u sel basdı - VİDEO

09:56

Şamaxı Premyer Liqaya dönür - Dəqiqləşdi

09:33

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

09:10

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

Facebookdan bizi izləməyi unutmayın.
X