24-26 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 14 !10 kişi, 4 qadın) cüdoçusu da çıxış edəcək.
Kişilər: Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Telman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Adil Kərimli (100 kq), Camal Qamzatxanov (+100 kq).
Qadınlar: Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 60-dan çox ölkədən 500-ə yaxın cüdoçunun iştirakı gözlənilir.