Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparıb.
Vüqar Talıbov (90 kq) 1/16 finalda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq mübarizəni dayandırıb.
Camal Qamzatxanov (+100) isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Rəqibi finala çıxdığından Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.
Beləliklə, Azərbaycan yığması turniri iki medalla başa vurub. Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.