Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
71 kq çəki dərəcəsində yer alan Sərxan Əliyev Nişant Dev Nişantla (Hindistan) üz-üzə gəlib və rəqibinə məğlub olub - 0:5.
Bu gün daha bir boksçumuz - 60 kq çəkidə çıxış edən Tayfur Əliyev 1/16 finalda Mirzohid İmamnazarovla (Qırğızıstan) qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Ümid Rüstəmov (57 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) dünya çempionatında ilk döyüşlərində qalib gəlib, Eldar Quliyev (92 kq) və Malik Həsənov (63,5 kq) isə startda məğlub olublar.