Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda türkiyəli Batuhan Çiftçi ilə üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə (5:0) qalib gələn Rüstəmov adını 1/8 finala yazdırıb.
Bu gün həmçinin Murad Allahverdiyev (90 kq) dünya çempionatında ikinci döyüşünü keçirəcək. Onun rəqibi qazaxıstanlı Nurbek Oralbey olacaq.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Mirşərif Kazımzadə (75 kq), Məhəmməd Abdullayev (+91 kq) ilk döyüşlərində qələbə qazanıblar, Malik Həsənov (63,5 kq) Sərxan Əliyev (71 kq) və Eldar Quliyev (92 kq) startda məğlub olublar.