Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Ali Habibinejadla (İran) üz-üzə gəlib.
Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib.
O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq.
Qeyd edək ki, daha əvvəl dünya çempionatında Ümid Rüstəmov (57 kq) iki görüşdə qalib gələrək 1/8 finala yüksəlib. Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Mirşərif Kazımzadə (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ) ilk döyüşlərində qalib gəlib, Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq) və Eldar Quliyev (92 kq) startda, Murad Allahverdiyev (90 kq) isə ikinci mərhələdə uduzub. 107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.