Daşkənddə (Özbəkistan) boks üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın 8-ci günündə Azərbaycan millisinin üç idmançısı rinqə çıxacaq. Bunlar Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Tayfur Əliyev (60 kq) və son dünya çempionatının qalibi Alfonso Dominqesdir (86 kq).
1/16 final
54 kq. Nicat Hüseynov - Po-Hau Hsu (Tayvan)
1/8 final
48 kq. Tural Sarıyev - Vittiçai Yuraçai (Tayland)
60 kq. Tayfur Əliyev - Vsevolod Şumkov (Rusiya)
86 kq. Alfonso Dominqes - Billi Makallister (Avstraliya)
Qeyd edək ki, daha əvvəl dünya çempionatında Məsud Yusifzadə (51 kq), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yoluna davam edir. Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev və Eldar Quliyev (92 kq) isə yarışda çıxışını tamamlayıblar.