Daşkənddə (Özbəkistan) bir günlük fasilədən sonra boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin iki boksçusu - Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) yarımfinal mərhələsində çıxış edəcək.
Döyüşlərin nəticəsindən asılı olmayaraq hər iki boksçu ən azı bürünc medalı təmin edib.
DÇ, yarımfinallar
86 kq. Alfonso Dominqes - Giorgi Kuşitaşvili (Gürcüstan)
+ 92 kq. Məhəmməd Abdullayev - Fernando Lopez Arsola (Kuba)