21:06 27.05.2023 459

Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Mövsümü başa vurduq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq və şansımızı sona qədər saxlayaq. Elə də oldu. "Qəbələ" öz meydanında xal itirsə də, bu, bizə yetmədi. Eyni xalımız olsa da, avrokuboklardan kənar qaldıq. Buraxdığımız uşaq səhvlərinin həlledici olduğu göründü. Sona qədər mübarizə apardıq. Futbolçular inamlı və istəkli idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik. Bunu bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm. Təbii ki, istəyərdik nəticə yaxşı olsun. Amma istədiyimiz nəticəni verə bilmədik.

Heyətdə dəyişikliklər gözlənilir. Rəhbərliklə də görüşümüz olacaq, növbəti mövsüm üçün hədəflərimiz və planlarımızla bağlı danışacağıq. Həmin görüşdən sonra çox şeyə aydınlıq gələcək. Keçən il də dəyişikliyə ehtiyacımız var idi. Ancaq edə bilmədik.

Hamidu Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. Bu komandanın maraq dairəsində olan futbolçu idi. Cəzalı idi deyə, bugünkü oyunda oynamırdı. Biz də ona “Qarabağ”la danışıq aparmasına icazə verdik. Tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keyta üçün uğurlu keçid olar.

Rəhim Sadıqov bu gün yaxşı çıxış etdi. Bir çox oyunlarda da uğurlu çıxış edib. Amma nəticəyə çevirə bilmirdi. Penaltilər qaçırırdı, birəbir epizodlardan yararlana bilmirdi. Ümumi çıxışından razıyam. Hücum xəttimiz daha məhsuldar oynamalı idi. Hücum xəttində məhsuldarlığımız az idi, müdafiədə etibarlı oyunumuz çatmırdı. Nəticədə beşinci yeri tutduq. Mövsümboyu forvard baxımından əziyyət çəkdik. Rəhim Sadıqovu hücumçu kimi oynayırdıq. Gələn mövsüm daha geniş və keyfiyyətli heyət qurmaq istəyirik.

Baş məşqçi olaraq mövsümü mənim üçün uğursuz saymaq olar. Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddialı olduqları bəlli idi. Heyətlərini gücləndirmişdilər. Bəlli idi ki, bu mövsüm üçüncülük uğrunda mübarizə aparmaq çətin olacaq. Amma əsas hədəf dördüncü yer idi. 51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmayacaqdım. Daha yaxşı və stabil çıxış etməliydik. Daha yaxşı yerlərdə olmaq istəyirik ki, güclənməliyik. Mövsüm başlamayıb, amma biz aparıcı oyunçularımızı itiririk. Mütləq şəkildə güclənməliyik. Bu mövsümü mənim üçün çox böyük təcrübə oldu. Hər şey seleksiyadan başlayır. Uğurlu seleksiya etmək lazımdır. Əgər mövsümün əvvəli müəyyən mövqelər üçün oyunçu tapa bilmirsənsə, maddi imkanlara görə futbolçunu gətirmək alınmırsa, önəmli mövqelərdə boşluqlar varsa, mövsümboyu əziyyətini çəkəcəksən. Bu mövsüm mənə göstərdi ki, məşqçi üçün önəmli olan mövsümün əvvəlində yığdığı heyətdir. Nəyisə tələb edə bilərsən, icra olunmursa, tələbin də mənası qalmır. Bu mövsüm Konfrans Liqasına vəsiqə qazanmaq istəyirdik. Nəticə çıxardıb, komandanı daha da gücləndirmək lazımdır”.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 İyul 2024
21:30

"Bayern" Zirkzeenin MY-yə transferindən bu qədər qazanacaq

20:59

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

19:42

Zidan "Real Madrid"dən dəvət aldı

19:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

18:40

Di Maria növbəti mövsümə harada başlayacağına qərar verdi

18:17

"Fotodan xəbərim var idi, onu atam saxlamışdı" - Lamin Yamal

17:51

"Kəpəz" daha bir futbolçu ilə müqavilə bağladı

17:21

Kilian Mbappe bu klubu alır

17:03

"Biz də məhz bunu istəyirik" - Daniel Olmo

16:46

İngiltərənin çempion heyətindən sağ qalan yeganə oyunçu nə danışdı?

16:28

"İngilislərlə oyuna öz silahımızla çıxacağıq" - Rodri

16:10

"Şerif" bir həftə sonra daha yaxşı oynayacaq" - Aslan Kərimov "Zirə"nin şanslarını dəyərləndirdi

15:52

Paris-2024-ə rekord sayda bilet satılıb

15:35

AÇ-2024-ün finalını idarə edəcək Leteksye rekorda imza atacaq

15:17

Azərbaycan gimnastları Portuqaliyadan bürünc medal qayıdır

14:59

"Napoli" futbolçusunu icarəyə verdi

14:41

"Heç birimiz Qaret Sautqeytin etdiyini etməmişik" - Sven-Yoran Eriksson

14:22

"Sabah" - "Makkabi" oyununun biletləri satışda

14:05

Kloppa "Liverpul"da fəxri vəzifə verildi

13:48

"Beş və ya altı ildən sonra baxarıq"

13:30

"Araz-Naxçıvan" braziliyalı oyunçu transfer etdi

13:12

"İngiltərə tarixi uğurun kandarındadır" - Qari Lineker

12:54

"Zirə"nin rəqibi İtaliya klubunun oyunçusu ilə gücləndi

12:36

"Atalanta" rus futbolçunu ABŞ klubuna satır - MƏBLƏĞ

12:18

"Yeddinci qarşılaşmada da qələbə qazanmaq istəyirik" - Dani Vivian

12:00

Jurnalistlər arasında Zəfər Kubokunun püşkatma mərasimi keçirildi

11:42

"Santyaqo Bernabeu"da görünməmiş ajiotaj olacaq

11:23

AÇ-2024: Nəticələr və təqvim

11:05

"Bu, mənim sonuncu turnirimdir" - Messi

10:45

Millimiz Macarıstana qarşı - YENİLƏNİR

10:09

Bu gün İcraiyyə Komitəsinin iclası olacaq

09:48

"Zirə" Tiraspolda belə qələbə qazandı - VİDEO

09:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Zirə" qələbə qazandı, Azərbaycan irəlilədi - REYTİNQ

08:00

Konfrans Liqası: Meydan sahibləri ilə qonaqlar arasında bərabərlik - 9 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət

00:31

Avropa Liqasında məhsuldar gecə

00:19

"Volkov müdafiədə buraxdığımız səhvdən ustalıqla yararlandı" -"Şerif"in çalışdırıcısı

00:02

"Düşünürəm ki, bu, bizdə uğurlu alındı" - Sadıqov "Şerif" üzərində qələbəni şərh etdi

11 İyul 2024
22:59

Avropa Liqası: "Zirə" Tiraspolda qələbə qazandı

21:37

"Kəpəz"dən növbəti transfer -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X