Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparıb.
Günay XI turda Kostenyuk ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.
Məmmədzadə ilk turda O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci və üçüncü turlarda müvafiq olaraq Katerina Laqno və Polina Şuvalovaya (hər ikisi FIDE) yenilib. Sonrakı turlarda isə Assaubayeva, Çonqyi, Xotenaşvili, Qoryaçkina və Dronovali ilə "sülh bağlayıb". Doqquzuncu turda Vaqneri yenən Günay onuncu görüşündə Dzaqnidze ilə xalı bölüb. Beləliklə, o, 5,5 xal toplayıb və yekunda 8-ci yeri tutub.
Turnirin qalibi 7 xalla Diana Vaqner olub.