"Qəbələ" daha bir futbolçusunu heyətdə saxlamağa nail olub.
Fanat.Az-ın məlumatına görə, bu, "Zirə", "Sumqayıt" və "Turan Tovuz"dan təkliflər alan hücumçu Ülvi İsgəndərovdur.
Ülvinin yaxın günlərdə yeni anlaşmaya imza atacağı gözlənilir.
Qeyd edək ki, son mövsümdə 33 Premyer Liqa matçına çıxan Ülvi 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Azərbaycan Kubokunda 5 görüşdə forma geyinən ön xətt oyunçusu 1 qol vurub və 1 dəfə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb.
Nihat