Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi", “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Fanat.Az xəbər verir ki, UEFA bu gün baş tutacaq püşkatma ərəfəsində iştirakçıları qruplaşdırıb.
Püşkdə səpələnmişlər səbətində yer alacaq “Neftçi” ilk duelini "Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ya MOİK 1948 (Bolqarıstan) komandalarından birinə qarşı keçirəcək.
“Sabah” bu raundda ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütünün qalibi və ya “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qəbələ” isə “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr), “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütünün qalibi və ya “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.