"Bəxtimizə çətin rəqib düşüb. "Qarabağ" son illərdə Avropada çox yaxşı mübarizə aparır".
Fanat.Az xəbər verir ki, bunu Cəbəllüttariq çempionu "Linkoln"un qapıçısı Nau Qarsiya UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Ötən ildən "Linkoln"da çıxış edən çərçivə qoruyucusu "Qarabağ"dan çəkindiklərini etiraf edib: "Bizi kifayət qədər çətin oyun gözləyir. Rəqib aşkar favoritdir. Amma futbolda hər şey ola bilər. Biz onlara gücümüzü hiss etdirməyə çalışacağıq. Start həyəcanı var. Bununla belə, hazırıq və çərşənbə axşamını səbirsizliklə gözləyirik".
"Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.