Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, Səmədli futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Gürcüstan – Ermənistan oyununun hakim-inspektoru olacaq.
Bu görüş sentyabrın 15-də Tiflisdə keçiriləcək.