Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın ilkin mərhələsindəki oyunları Azərbaycanda canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, futzal üzrə yüksək liqanın qalibinin ilk 2 oyunu "CBC Sport" vasitəsilə təqdim olunacaq.
Təmsilçimiz avqustun 23-də Türkiyə çempionu "İstanbul Şişli", ertəsi gün isə Almaniyanın "Yan Regensburq" klubu ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.