Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi ölkəsinin mətbuatına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 67 yaşlı italiyalının dediklərini "Tuttomercato" belə çatdırıb:
"Hər başlanğıcın bir sonu var. Yetərincə gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub edə bildik".
O, yeni təkliflərə açıq olduğunu söyləyib: "Hazırda Milad bayramını gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram".
Qeyd edək ki, De Byazi AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən fövqəladə iclasında verilən qərara əsasən, Azərbaycan millisindən gedib.