
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsi start götürür.
Fanat.Az xəbər verir ki, bu mərhələnin ilk oyunu Fransa və Mərakeş milliləri arasında keçiriləcək.
Oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səsləndiriləcək.
DÇ-2026
1/4 final
10 iyul
00:00. Fransa - Mərakeş
Baş hakim: Fakundo Telyo (Argentina).
Boston stadionu
1/4 final çərçivəsində Argentina - İsveçrə, İngiltərə - Norveç, İspaniya - Belçika görüşləri də baş tutacaq.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-də başlayıb. Mundial iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul