
Azərbaycanı Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqataya 12 idmançı ilə qatılacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti yayıb.
Akademik avarçəkmədə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov, İsabala Dadaşzadə çıxış edəcək.
Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov kanoe qayığında mükafatçılar sırasına düşməyə çalışacaq.
Kayak növündə isə İvan Vorobyanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə mübarizə aparacaq.
Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcək.