"ETOPAZ"ın baş sponsorluğu, "Fire League"in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Banklar liqası minifutbol turnirində final və 3-cü yer uğrunda oyunlar baş tutub.
3-cü yer uğrunda görüşdə "Unibank" "Kapital Bank" komandası üzərində 7:0 hesablı qələbə qazanaraq 3-cü yerin sahibi olub.
Final qarşılaşması maraqlı və gərgin keçib. "Bank Respublika" "VTB Bank" üzərində 2:1 hesablı qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb.
Xatırladaq ki, 20 bank kollektivinin qatıldığı turnir oktyabr ayında start götürmüşdü.
ETOPAZ-ın baş sponsoru olduğu "Fire League"-də finalçılar bəlli oldu