11:18 30.01.2024 322

"Zirə"nin haqqını kim yeyir? - Rəşad Sadıqovdan açıqlama - VİDEO

"Hakim səhvlərinə artıq alışmışıq. Heç nəyə təəccüblənmirəm”.
 
Bu sözləri "Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda "Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyuna münasibət bildirərkən deyib.
 
Onun bu matçda, eləcə də digər oyunlarda hakimlərin qərarları ilə bağlı fikirləri son günlər ən çox müzakirə olunan mövzulardandır.
 
Çalışdırıcının narazılığına səbəb olan epizodlardan biri "Sabah”la görüşün 1-ci hissəsində baş verib. Belə ki, "Zirə”nin futbolçusu Eldar Quliyevin qolu VAR müdaxiləsindən sonra ləğv edilib. Halbuki qapıya paralel gedən topda Eldar Quliyevin oyundan kənar vəziyyətdə olmadığı görünsə də, hakimlər burada da şübhəli qərar qəbul edib.
 
Bundan başqa, Rəşad Sadıqov oyunun sonlarında komandasının künc zərbəsi yerinə yetirməsinə icazə verilməməsindən də gileylənib. Mütəxəssis bu cür halların "Zirə”nin qarşılaşmalarında daimi hal aldığını bildirib.
 
Maraqlıdır ki, qalmaqallı epizodun davamında "Sabah” futbolçuları cəld hücum təşkil edərək penalti qazanıblar. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sofian Çakla isə qonaqlara yekunda 1-0 hesablı qalibiyyət gətirib.
 
Qəribə hakim qərarlarından biri 19-cu turda "Səbail”lə görüşdə də qeydə alınıb. 78-ci dəqiqədə qartalların üzvü Rüstəm Əhmədzadə rəqibin cərimə meydançasında yerdə qalsa da, VAR-a baxan baş hakim Fərid Hacıyev "Səbail”in kapitanı Adil Nağıyevə nə sarı vərəqə göstərib, nə də 11 metrlik nöqtəyə işarə edib.
 
Bu tipli hadisələr 18-ci turun mərkəzi oyunu olan "Qarabağ” – "Zirə” görüşündə də diqqəti cəlb edib. 26-cı dəqiqədə köhlən atların üzvü Julio Romao və İsmayıl İbrahimli arasında mübarizədə braziliyalı futbolçunun kobud oyunu referi tərəfindən sarı vərəqə ilə qiymətləndirilib. Elə həmin görüşün 75-ci dəqiqəsində isə Elvin Cəfərquliyevin sərt müdaxiləsindən sonra Məqsəd İsayev yerdə qalsa da, baş hakim Cavid Cəlilov Ağdam təmsilçisinin oyunçusunu bağışlayaraq ona 2-ci sarı vərəqə göstərməmişdi.
 
41 yaşlı çalışdırıcı Premyer liqanın digər turlarında da "Zirə”yə qarşı qərəzli qərarların qəbul olunduğunu və bunun komanda daxili ab-havaya mənfi təsir etdiyini bildirib.
 
Zirə komandasının görüşlərində hakim qərarlarının ön plana çıxdığı epizodlardan biri də 5-ci turda "Qəbələ” ilə oyunda qeydə alınıb. Qarşılaşmanın 79-cu dəqiqəsində əyalət təmsilçisinin qapısı yaxınlığında yaranan qol vəziyyətindən sonra "Zirə” futbolçuları penalti tələb etsə də, referi Cavid Cəlilov VAR hakimləri ilə məsləhətləşmələrdən sonra oyunu davam etdirib.
 
Elə bu oyundan sonrakı turda "Sumqayıt”la qarşılaşmada da qartalları qəzəbləndirən hal yaşandı. Matçın 10-cu dəqiqəsində top uğrunda mübarizədə Pyer Zeblinin müdaxiləsini sərt kobudluq kimi qiymətləndirən Kamranbəy Rəhimov kotdivuarlı futbolçuya birbaşa qırmızı vərəqə göstərmişdi. Bununla belə, çətin vəziyyətdə olmalarına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri ruhdan düşməyərək bu oyunda 1-0 hesablı qələbə qazanmışdılar.
 
Mənbə: Baku TV

 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

Facebookdan bizi izləməyi unutmayın.
X