"Barselona" ev oyunlarını 16 670 azarkeş tuta bilən "Palau Sant Jordi" stadionunda keçirməyi düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Basket News" məlumat yayıb.
Hazırda Kataloniya klubunun basketbol komandası oyunlarını texniki cəhətdən Avroliqanın bütün tələblərinə cavab verməyən "Palau Blaugrana" arenasında keçirir. "Barselona" 90-cı illərin əvvəllərində məhz "Palau Sant Jordi"nin xidmətindən yararlanıb.
Daha çox tutumlu arenaya dönüş səbəbsiz deyil. Belə ki, hücumçu Rikki Rubionun "Barselona"ya qayıtması bilet satışlarında ciddi artıma səbəb olub. Nəticədə Kataloniya klubu Avroliqanın pley-off mərhələsi kimi ən vacib oyunları daha böyük stadiona köçürmək ideyası ilə gündəmə gəlib.