Basketbol üzrə Azərbaycan kuboku çərçivəsində "Şəki" ilə oyundan sonra “Gəncə”nin baş məşqçisi Bedri Meriç fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.
Fanat.Az xəbər verir ki, o, komandasının 85:78 hesablı qələbəsini belə şərh edib:
"Kubok matçı olduğundan limit fərqli idi. Müdafiə xətti ilə bağlı planımız vardı. Ne vaxt ona uyğun oynadıq hesabda önə keçdik. Konsentrasiyanı itirdikdə isə rəqib üstünlüyü ələ alırdı. Daha rahat qalib gələ biləcəyimiz oyun idi. Amma qələbə də, qələbədir. Önəmli olan budu. Məğlubiyyət seriyamız sona çatdı. Qalan oyunlara köklənəcəyik. Qələbələrlə mövsümü yaxşı yerdə başa vurmaq istəyirik. Azarkeşlərimizi də sevindirmək baxımından bu, çox önəmlidir. Oyunçuları da qələbəyə görə təbrik edirəm".