Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində təşkil olunacaq gənclər arasında Avropa Kubokuna qatılacaqlar.
Fanat.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 3 çəki dərəsində 9 qadın cüdoçu təmsil edəcək.
Qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Fəridə Mirzəyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (hər ikisi 52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (hər ikisi 57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Aprelin 13-14-də keçiriləcək Avropa Kubokunda 21 ölkədən 420 idmançı iştirak edəcək.