"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası çempionatın bitiminə 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, Gənclər Liqasında çıxış edən sözügedən kollektiv 31-ci turda evdə “Kəpəz”lə qarşılaşıb.
Rəqibini 5:0 hesabıyla darmadağın edən "bayquşlar" liderliyini möhkəmləndirərək digər komandalar üçün əlçatmaz olub.
Beləliklə, "Sabah" növbəti mövsümdə ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək.