20:02 20.11.2024 470

Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirildi

Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə adı çəkilən şəhərdə, o cümlədən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Mingəçevir Gənclər Evində baş tutub. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək bu layihəyə görə AGF-yə təşəkkür edib və belə seminarların ənənəvi olmasını arzulayıb. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev qurumun bölgələrdə güləşin inkişafı üçün atdığı addımlardan danışıb.

Daha sonra qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millisinin məşqçisi Elbrus Məmmədov region məşqçilərinə tövsiyələrini çatdırıblar. Onlar yeniyetmə idmançılara həddən çox çəki salmağın fəsadlarını xüsusilə qeyd etməklə yanaşı, bu prosesin milli komandaların məşqçilərinin işinə də əngəl törətdiyini vurğulayıblar. I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif yarışlardan hazırlanmış videoları nümayiş etdirərək, hakimlər tərəfindən verilmiş qərarları şərh edib.

Seminarın praktiki hissəsi isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Əvvəlcə H.Məmmədyarov sərbəst, daha sonra isə E.Məmmədov yunan-Roma güləşi üzrə nümunəvi məşq keçib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Qəbələ şəhərində keçiriləcək.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

27 Avqust 2026
12:34

Niko Qonzales "Mançester Siti"ni digər İngiltərə klubuna dəyişdi

12:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:03

PSJ Dembelenin müqaviləsinin müddətini yeniləyir

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:29

KL: Mahir Emreli ilə Murad Məmmədov Liqa mərhələsində oynaya biləcəkmi?

11:10

"Dünya futbolundan geri qalmadığımızı görürlər" - "Fənərbağça"nın baş məşqçisi

10:51

AL: Zamiq Əliyevli "Eqnatiya" da səfər sınağına çıxır, Türkiyə nəhəngləri də

10:30

"Sabah"ın hansı rəqiblərlə oynayacağı çox vacibdir" - Aslan Kərimov

10:09

"Sabahın ulduzları": "Neftçi" rəqibinə rəhm etmədi - Nəticələr/Fotolar

09:48

Fransada insident: "Fənərbağça"nın ulduzuna hücum çəkildi - VİDEO

09:25

"Sabah"ın Liqa mərhələsindəki rəqibləri müəyyənləşir - PÜŞKATMA

09:00

KL: "Qarabağ" "Tvente" ilə həlledici qarşılaşmaya çıxır

05:48

Türkiyəli ulduz üçün 40 milyon ödəyəcəklər?

01:37

ÇL: "Fənərbağça" 18 illik həsrətə son qoydu

01:33

La Liqa: "Real Madrid" darmadağına sevindi

01:08

KL: Elçin Məsiyev idarə etdi, "Harts" əsas mərhələyə yüksəldi

26 Avqust 2026
23:56

"Sabah"a gələndə lağa qoyurdular, indi isə millisinin radarındadır

23:13

Frenki de Yonq yenidən sıradan çıxdı

22:39

Leau İngiltərə yolunda

22:08

"Kristal Palas"dan 20 milyonluq həmlə

21:54

"Şəhərlilər" onun üçün 140 milyon avronu gözdən çıxarıb

21:18

“Neftçi”nin Media departamenti Sergey Kramarenko haqda sənədli film hazırlayıb

20:51

"Aston Villa" heyətini gücləndirir

20:12

"Barselona"nın ulduzu İngiltərəyə köçür

19:33

"Sabah" dövlət başçısının təbrikinə cavab verdi

19:12

Tanınmış aktyora şok təklif

18:42

Rüd Neystad: "Çox istəyirik ki, qələbə qazanıb, Konfrans Liqasında yolumuza davam edək"

18:16

"Qarabağ" onun üçün 700 min avro ödəyəcək?

17:58

“Qarabağ”a qarşı oynamaq heç də asan deyil" -Van Dem Brom

17:49

Vaqif Cavadov "Tvente"nin rəsmiləri ilə görüşdü

17:30

"Çelsi" müdafiəçisini icarəyə verdi

17:12

Azərbaycan yığmasının FIBA Avropa Kubokundakı rəqibləri müəyyənləşdi

16:54

"Liverpul" 94 milyon avro ödəmək istəməsə də...

16:08

Palinya "Benfika"da - RƏSMİ

15:52

"Ən çox Tellur Mütəllimovun 90+4-cü dəqiqədəki qoluna sevinirəm" - Samir Əliyev

15:27

"Barselona"ya can atan Xulian Alvares məşqə gəlmədi - "Atletiko"dan gülünc izah

15:08

"Mançester Siti" Mərakeş millisinin üzvü ilə anlaşdı - RƏSMİ

14:50

"Şəfa"nın əvəzedicilərinə texniki məğlubiyyət verildi

14:30

"İmişli" ötən ay müqavilə bağladığı legionerlə yollarını ayırdı

14:11

"Şanslarımızdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov

Facebookdan bizi izləməyi unutmayın.
X