
PSJ ulduz futbolçusu Usman Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Frans klubu 29 yaşlı hücumçu ilə danışıqları davam etdirir.
Futbolçunun yeni müqaviləsi 2029 və 2030-cu ilin yayınadək nəzərdə tutula bilər.
Dembelenin hazırkı sözləşməsi 2028-ci ilin yayınadək qüvvədədir. Ulduz oyunçu 2025-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.
Əlisahib İbrahimli