21:47 01.12.2024 1291

"Məncə, azarkeşlər yanlış anladılar" - Qurban Qurbanov "Neftçi" üzərində qələbəni şərh etdi

Misli Premyer Liqasının 15-ci turunun son oyununda səfərdə “Neftçi”ni 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb 

Fanat.Az xəbər verir ki, “köhlən atlar”ın çalışdırıcısı belə danışıb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qələbə qazanmaq istəyirdik. İlk hissədən bir az razı qalmadım. İkinci hissədə yaxşı oynadıq. Çox əla atmosfer var idi. “Neftçi”yə uğurlar arzulayıram.

Oyunçular qoldan sonra azarkeşlərə qarşı heç bir jest etmirdilər. Dəfələrlə belə hallar olub. Fotoqraflara poz verirdilər. Məncə, azarkeşlər bunu yanlış anladılar.

Oyuna ciddi hazırlaşmışdıq. “Neftçi”yə qarşı oynayırdıq. Düşünürdük ki, azarkeşlər üçün maraqlı oyun göstərək. Bəzi oyunçular var idi ki, həddindən artıq yorulmuşdular.

Məcburuq, başqa çıxış yolu yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Amma təəssüflər olsun ki, sıx qrafikə görə son iki ayda uzun müddət bir yerdə məşq edə bilmirik. Amma hər bir halda, başqa variant yoxdur.

Şahruddin Məmmədəliyev artıq bir neçə məşqdir ki, komanda ilə bir yerdədir. Yaxşı hazırlaşır. Qarşıdakı oyunlarda mütləq meydanda olacaq”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:22

PSJ-dən transfer bombası

19:00

MPL: "Sabah"dan 3-cü qol - YENİLƏNİR

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

18:52

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

Facebookdan bizi izləməyi unutmayın.
X