14:13 11.12.2024 552

Ümumrespublika seminarına yekun vuruldu

Azərbaycanda güləş məşqçilərinin Ümumrespublika seminarına yekun vurulub.

Fanat.Az federasiyasından mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarın sonuncu mərhələsi Bakıda keçirilib.

Sabunçu Gənclər Evində təşkil edilən tədbirdə paytaxtda fəaliyyət göstərən güləş məşqçiləri iştirak ediblər.

Seminarın nəzəri hissəsinin açılışını edən Bakı Gənclər və İdman İdarəsinin sektor müdiri Samir Salehov Azərbaycan Güləş Federasiyası (AGF) və Gənclər və İdman Nazirliyinin (GİN) ortaq təşkilatçılığı ilə bu seminarın ardıcıl 2-ci il keçirildiyini və məşqçi-müəllimlərin inkişafı üçün böyük önəm kəsb etdiyini bildirib. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev bəzi güləş qaydalarını xatırladıb.

Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov klub və cəmiyyətlərdə çalışan mütəxəssislərin bir qisminin idmançılara güləş fəndlərini düzgün çatdırmadığını və bu məsələdə maksimum diqqətli və məlumatlı olmağın vacibliyini qeyd edib. Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov isə aktual problemlərdən biri olan yeniyetmə güləşçilərin normadan artıq çəki salmasının fəsadlarına toxunub.

Seminarın praktiki hissəsi AGF-nin təlim-məşq bazasında baş tutub. Milli komandaların məşqçiləri sərbəst və yunan-Roma güləşi üzrə keçirilən nümunəvi məşqdə müxtəlif fəndlərin icrasına yer ayırıb.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Sentyabr 2026
20:46

Lyuis Hol "Nyukasl"da qalır

20:22

Forma sponsorluğu üçün "Türk Hava Yolları" ilə razılıq əldə olundu

19:50

Onyeka Obijohn "Karvan-Yevlax"da

19:28

Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

18:56

"Qızıl top"un namizədləri bəlli oldu

18:15

"Neftçi" heyətini gücləndirdi

17:54

Gənclər futbolunda oyun formatları müzakirə olundu

17:36

Füzuli Məmmədov: "Karvan"la oyuna da qələbə üçün çıxacağıq"

17:18

"Mançester Yunayted" Alabanı istəmir

16:59

"Fanat.Az Liqası"nda 4-cü turun qalibi: "Bu, klublara və sahibkarlara böyük təkan oldu"

16:41

Elçin Mustafayev: "Məqsədimiz "Şahdağ Qusar"la oyunda qələbə qazanmaqdır"

16:23

"Səbail" Fransa III Liqasından futbolçu transfer etdi

16:05

Gəncədə birdəqiqəlik sükut olacaq

15:49

İdris İnqilablı: "Neftçi"dən xal almaq bizim üçün yaxşı motivasiya olar"

15:31

U-19-un planları bilindi: Əvvəl Qəbələ, sonra Sloveniya

15:12

AFFA İntizam Komitəsi 4 klubu cərimələdi

14:54

Tural Cəlilov: "Xal qazanmaq istəyirik"

14:36

Mateuş Koxalski "Qarabağ"dan ayrıldı - RƏSMİ

14:17

"Sabah"ın MY ilə matçını bu hakimlər idarə edəcək

13:58

Samir Əliyev: "Sabah"ın Mançester səfərindən xalla qayıdacağı inandırıcı görünmür, amma..."

13:40

Məşqçiliyə başlayan Hüseyn Axundovun yeni iş yeri bilindi

13:22

"Sabah" MY-ni əks-hücumlarda tuta bilər" - Arif Əsədov

13:03

"Real Madrid" bu futbolçuları "İnter"ə qarşı oynada bilməyəcək

12:44

Mbappe: "Qızıl top"u qazanmağım sürpriz olmaz"

12:25

Azər Bağırov "Sumqayıt"la səfər matçından nə gözləyir? - AÇIQLAMA

12:06

Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

11:48

Georgi Minaşvili "Sabahın ulduzları" haqda fikirlərini bölüşdü

11:29

Bülent Korkmaz Türkiyə klubu ilə yollarını ayırdı

11:10

İkinci Liqa: 2-ci tura yekun vurulur

10:51

Holand ÇL matçını buraxacaq

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın ulduzları": "Neftçi" zirvədən 11 "əlli yapışdı" - Fotolar/Nəticələr

09:48

İkinci Liqada hakim çatışmazlığı var? - Yeni başlayan marafonda "Marafon"un "tanışlar"ı

09:25

ÇL: Liqa mərhələsi başlayır, "Sabah" gözləyir

09:00

Ronaldu və Messi eyni komandada oynayacaq

01:45

La Liqa: "Real Sosyedad" 3 xalı 3 qolla qazandı

01:33

A Seriyası: "Latsio"dan çətin qələbə

00:47

Sabiq "Qarabağ"lı Türkiyədə qalmaqala səbəb oldu

07 Sentyabr 2026
23:57

"Barselona" onun üçün 150 milyon avro tələb edir

23:11

Komandası çətin qələbəyə sevindi, Toral isə...

Facebookdan bizi izləməyi unutmayın.
X