
"Liverpul" Almaniya təmsilçisi "Bayer Leverkuzen"də çıxış edən Ceremi Frimponqla müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqa klubunun mətbuat xidməti yayıb.
Niderland millisinin 24 yaşlı üzvü ilə uzunmüddətli anlaşma imzalanıb.
Qeyd edək ki, cari mövsüm Frimponq "əczaçılar"ın forması ilə bütün turnirlərdə 48 matça çıxaraq 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.