19:55 02.06.2025 1874

"Prezident İlham Əliyev milli komandamızın bütün oyunçularını tanıyır" - Elşad Quliyev

"Dövlətimizin başçısı idmana daim böyük diqqət göstərir. İş qrafiki çox sıx olmasına baxmayaraq, çalışdı ki, bizi tez bir zamanda qəbul etsin. Biz də öz növbəmizdə dövlətimizin başçısına minnətdarlığımızı bildirdik".

Fanat.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis bildirib ki, yenidən Prezident İlham Əliyevin qəbulunda olmaq çox qürurverici hissdir: “2022-ci ildə Avropa çempionu olduğumuz zaman da dövlətimizin başçısı bizimlə görüşmüşdü. Düşünürəm ki, bundan möhtəşəm gün ola bilməz. Prezident İlham Əliyev komandamızın bütün oyunçularını tanıyır. O, mundialda keçirdiyimiz dörd matçın hamısını izlədiyini və hər bir görüşümüzün olduqca maraqlı alındığını söylədi. Bu, bizim üçün doğrudan da çox xoşdur. Çox sağ olsun ki, hər zaman qayğısını hiss etdirir”.

Milli Gimnastika Arenasında keçirilən turnirin təşkilatçılığına da toxunan Quliyev hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb: “Ev sahibi olaraq qürur hissi keçirdik. Tamaşaçılar oyunlarımıza rəng qatırdılar. Şükürlər olsun ki, meydança baxımından da hansısa problem yaşamadıq”.

Baş məşqçi komandanın növbəti hədəflərindən də söz açıb: “Prezident İlham Əliyev görüş zamanı bildirdi ki, bu uğurun davamını gətirmək lazımdır. Təbii ki, dayanmaq olmaz. Fikirləşirik ki, bünövrəmiz möhkəm və sağlam qurulduğu üçün axıra qədər getməyə gücümüz var. Gələn il Avropa çempionatı keçiriləcək. Yəqin ki, bir neçə aydan sonra məşqlərə başlayacağıq. Bu turnirdə də əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, xeyirlisi olar”.

Qeyd edək ki, Azərbaycan millisi finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

01:31

Messi və Ronaldu elə bir şey etdilər ki...

00:57

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

24 İyun 2026
23:49

Mourinyunun "Real Madrid" planı bəlli oldu

23:07

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

22:36

"Sabah" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

21:54

Marko Palestra London yolunda

21:27

"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

20:54

"Heç bir klub birdəfəyə 150 milyon ödəmir"

20:23

"Tottenhem"in kapitanı qərarını verdi

19:42

MLS-dən Pulişiç üçün astronomik təklif

19:21

Gilmerto Oçoa üçün tarixi matç

18:39

"Lids Yunayted"dən pulsuz ulduz transferi

18:08

Portuqaliyanın baş məşqçisi Del Boskeni geridə qoyaraq rekordçu oldu

17:43

"Məhz buna görə qayıtmışam, amma "Barselona"ya qarşı..." - Joze Mourinyu

17:24

Cud Bellingem Runinin rekordunu yenilədi

17:11

"Neftçi" milli üzvünü heyətinə qatdı - RƏSMİ

17:06

Doğum gününü qeyd edən Messi nə vaxta kimi futbol oynayacağını açıqladı

16:59

Ronaldudan tarixi rekord - 41 yaşlı superulduz Messini geridə qoydu

16:41

"Bu gün meydanda mütəşəkkil komanda gördük" - Portuqaliya yığmasının baş məşqçisi

16:23

"Özünəinamı geri qaytarmaq üçün bu qələbə çox önəmli idi" - Zlatko Daliç

16:05

Rafael Fiziyev: "Döyüşə hərtərəfli hazıram"

15:48

Kannavaro 0:5-dən sonra belə danışdı

15:30

AFFA-nın yeni təşviq mexanizmi ilk mövsümünü uğurla yekunlaşdırdı

15:13

"Qələbə qazansam, Dağıstanda qoyun kəsəcəyəm"

14:54

"Araz-Naxçıvan" yeni transfer reallaşdırdı - RƏSMİ

14:37

"Zirə" Rövlanla əməkdaşlığa son qoydu - RƏSMİ

14:20

"Kişi kimi döyüşən komandamla qürur duyuram" - Panama millisinin çalışdırıcısı

Facebookdan bizi izləməyi unutmayın.
X