
Braziliyanın “İnternasional” klubu yeni baş məşqçinin təyinatını açıqlayıb.
Fanat.Az xəbər verir ki, komandaya argentinalı məşqçi Ramon Diaz rəhbərlik edəcək.
Diaz və köməkçiləri ilə müqavilə 2026-cı ilin dekabrına qədər imzalanıb.
“Napoli”, “İnter” və bir sıra digər Avropa klublarında çıxış edən Argentina millisinin keçmiş forvardı məşqçilik karyerasına “River Pleyt”də başlayıb, onlarla Libertadores Kuboku da daxil olmaqla, çoxsaylı titullar qazanıb. Yaxın Şərqdə o, “Əl-Hilal”ın heyətində iki dəfə Səudiyyə Ərəbistanı çempionatının və Kral Kubokunun qalibi olub.
"İnternacional" hazırda ölkə çempionatının turnir cədvəlində on dördüncü yerdədir.
Mirağa