
Portuqaliyalı superulduz Kriştianu Ronaldu milli komandada inanılmaz performansını davam etdirir.
Fanat.Az xəbər verir ki, o, yığmanın heyətində keçirdiyi son 9 oyunda 10 qol vurmağı bacarıb.
40 yaşlı Kriştianu Polşa, Danimarka, Almaniya, İspaniya, Ermənistan, Macarıstan və İrlandiya kimi komandaların qapısına yol tapmaqla bommardirlik məharətini bir daha isbatlayıb.
Fiziki hazırlığı və işinə peşəkar yanaşması sayəsində Ronaldu hələ də dünyanın ən effektli hücumçularından biridir.
Kamil Xudiyev