
"Sabah" basketbol klubu heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu Gerri Blakeslə 2 mövsümlük müqavilə imzalayıb. 31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi "Hefei Storm" olub.
Qeyd edək ki, 2016-cı ildən peşəkar arenada çıxış edən Blakes daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.