15:12 13.11.2025 867

"Kəpəz" uçurumun kənarında: Transfer fiaskosu və daxili sabotaj

Misli Premyer Liqasının (MPL) turnir cədvəlində 12-ci - sonuncu pillədə mövqe tutan "Kəpəz" qış transfer pəncərəsi dönəmində ciddi dəyişikliklər etmək məcburiyyətindədir. Təbii, komandanın heyəti yumşaq desək, daha yaxşısını arzulamağa məcbur edir, amma problem yalnız sarı-göy formanı geyinənlərin keyfiyyətində deyil. Adil Vəliyevin İdarə Heyətinə sədr seçilməsindən, idarəçiliyi öz adamı Fərman Əlizadəyə tapşırıb kölgəyə çəkilməsindən sonra baş verən "transfer cinayətləri"nin fəsadları hələ də komandanın komanda şəklinə düşməsinə imkan vermir.

Əlbəttə, rəhbərliyin ötən mövsümün sonunda baş məşqçi Azər Bağırova "yaxşı yol" deyib, Adil Şükürovu komandanın "sükanı arxası"na gətirməsi çox böyük səhv idi və gec də olsa, bu səhvi düzəltməyə çalışdılar. Bağırovu MPL-in ilk 6 turunda məhəllə futbolu oynayan, ortaya qoyduğu oyunla 1-ci Liqanın ortabablarından seçilməyən "Kəpəz"ə qaytarmaq bıçaq sümüyə dirənərkən məcburiyyətdən atılmış addım oldu. İdman direktoru postundakı çox qısa fəaliyyəti dönəmində ayağı düz-əməlli top tutmayan əcnəbiləri Gəncə komandasına yığan Erkin İbrahimovun kluba vurduğu zərbə o qədər sərt alınıb ki, nə əsl azarkeşlər nokautdan ayıla bilirlər, nə müxalif mövqe tutan veteranlar, nə də kələfin ucunu itirən səriştəsiz idarəçilər. Danışmadığına baxmayın, 4 aydan sonra əvvəlki vəzifəsinə qayıdan Azər Bağırovun da vəziyyəti ürəkaçan deyil. İş bundadır ki, indi Bağırov heç sərəncamındakı sınıq-salxaq heyətlə də istədiyi kimi işləyə bilmir. 

Yanvarı gözləmədən iki ayağını bir başmağa dirəyib "sarı-göylər"i tərk edən braziliyalı legioner Vitor Feyjaonun aradan çıxması yetərincə müəmmalı məsələdir. O, Erkin bəyin "Kəpəz"ə gətirdiyi əcnəbilərdən biridir. Adamın iki aylıq maaşından - 11 min dollardan vaz keçərək Azərbaycan ayrılmasının arxasında yatan bütün qaranlıq məqamları aydınlaşdırmaq, şübhəsiz, medianın görməli olduğu iş deyil. Ancaq "15 gün qal, komandaya kömək et, iki ayın maaşını da verək" təklifindən imtina heç bir məntiqə sığmır. Guya ölkəsinin "4-cü növ məhsullar"ından olan Feyjaoya hansı klub daha yüksək əməkhaqqı ödəməyə hazırlaşır ki? Hə, "sambaçı" ailə vəziyyətini əsas gətirib, lakin səbəbin məhz bu məqam olduğuna da dair yetərincə əsaslı şübhələr var. Görünən budur ki, "Kəpəz"ə Bağırov komandada olmadığı zaman kəsiyində, yəni Şükürov dönəmində cəlb olunan futbolçuların bir qismi ümumi konsepsiyalar uğrunda mübarizə aparmaqda maraqlı deyil. Çox dərinə getməyə xüsusi ehtiyac da yoxdur, Gəncə təmsilçisinin Şükürov Bağırovla əvəzlənəndən sonra uduzduğu qarşılaşmaların bir neçəsini mütəxəssis gözü ilə təhlil etməyə çalışsalar, vəziyyətin nə yerdə olduğunu asanlıqla anlayarlar. Sirr deyil ki, Azər bəy hazırlıq səviyyəsi Premyer Liqanın tələbləri ilə uzlaşmayan bir neçə legionerə qışda qapını göstərməyə hazırlaşır. Fəqət suları bulandıranlar yalnız adları "qara siyahı"ya düşənlər deyil. Belə nəticəyə gəlmək olar ki, Hüseynovun gətirdiyi oyunçular qəsdən oynamır, meydanda can qoymurlar. Hadisələrin sonrakı gedişatına hamımız şahidlik edəcəyik. Bizə gözləmək qalır.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2026
19:57

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:12

Futbolçular TFF prezidentinin villalarını rədd etdi

18:55

Qattuzonun yeni iş yeri rəsmən açıqlandı

18:12

"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

17:45

DÇ-2026-da dubl edən forvard Fransa klubunda qalmaq istəmir

17:26

Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

17:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:04

Doku Belçika millisindən təcili ayrılıb Londona uçdu - SƏBƏB

16:45

"Zirə" yeni transfer reallaşdırdı - RƏSMİ

16:26

"Bu, Messidir və o..." - Ralf Ranqnikdən yenilgi şərhi

16:08

Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

15:50

Riyad Mahrez DÇ-lərin tarixinə düşdü

15:27

"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

15:13

"Səbail"in məşqçisi Premyer Liqa klubu ilə anlaşdı

14:55

"Araz-Naxçıvan" "Real"ın yetirməsini transfer etdi - RƏSMİ

14:40

Seneqalla oyunda dubla imza atdı, matçın ən yaxşı futbolçusu seçildi

14:21

"Turan Tovuz" milli üzvü ilə vidalaşdı - RƏSMİ

14:03

"Təcrübəsizlik bu məğlubiyyəti şərtləndirən əsas amil oldu" - Camal Sellami

13:44

"Qarabağ"dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro

13:24

Qrasias, Messi

13:06

İordaniya - Əlcəzair duelinin ən yaxşı futbolçusu bəlli oldu

12:48

"Oyunçularımız hələ heç nəyin bitmədiyinin fərqindədirlər" - Seneqal yığmasının çalışdırıcısı

12:30

Kloze Messinin onun rekordunu qırmasına necə reaksiya verdi? - Açıqlama

12:06

"6-7 oyunçumuzun ayağında qıcolma yaranmışdı" - Norveç millisinin baş məşqçisi

11:27

"Top Messidə olanda, bütün komanda işə düşür" - Skaloni

11:08

Mbappe yenə dubl etdi, mukafat aldı

10:50

Zidanın oğlu psixoloqa üz tutdu

10:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:09

DÇ-2026: Portuqaliya Özbəkistanı sınağa çəkir, İngiltərə Qana ilə üz-üzə

09:48

Deşam bu oyunu Fransa üçün həlledici adlandırdı

09:25

Messidən DÇ-dəki möhtəşəm rekordla bağlı təvazökar paylaşım

09:00

DÇ-2026: Mbappe ilə Holandın dublu komandalarına qələbə qazandırdı, Əlcəzair geridönüşü bacardı

03:11

İlham Yadullayevlə bağlı yekun qərar bilindi

01:32

Arda Mourinyunun gözünə girmək üçün nə edəcək?

00:42

İstanbul nəhəngi 71 milyonluq transferin astanasında

22 İyun 2026
23:49

Messidən unudulmaz vida matçı

23:01

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22:36

Mundialda ekstremal hava təhlükəsi

22:16

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər

21:42

Messi Klozeni geridə qoyub rekordçu oldu

Facebookdan bizi izləməyi unutmayın.
X