Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Fransa yığmasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü latviyalı Andris Treymanis idarə edəcək.
Fransızlar artıq DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin ediblər. Cəmi 1 heç-heçə edib, 4 oyunda uduzmuş yığmamız isə 1 xalla qrup sonuncusudur və seçmə mərhələni elə bu pillədə bitirəcəyi dəqiqləşib.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
16 noyabr
Azərbaycan – Fransa
Baş hakim: Andris Treymanis (Latviya).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.